Müasir dünyada təmiz su problemi daha da aktuallaşır. Məişət üçün nəzərdə tutulmuş suyun və içməli suyun keyfiyyətli təmizlənməsi isə artıq lüks hesab edilmir. Bu, bir həyati zərurətdir. Sutəmizləmə sahəsində Azərbaycanda lider olan "AZFILTER" şirkətini sizə təqdim edirik: "AZFILTER" şirkəti yerli bazarda sutəmizləmə sistemlərinin zəmanətli satışı və quraşdırılması üzrə ixtisaslaşmış, eyni zamanda zəmanət sonrası texniki xidmət göstərən bir mərkəzdir. Hazırda "AZFILTER" şirkəti sutəmizləmə üzrə dünya səviyyəli brendlər ilə əməkdaşlıq edir: «AQUAPHOR» (Estoniya), «AQUAFILTER» (Polşa),«ERIE» (Belçika), «CINTROPUR» (Belçika), «BRITA» (Almaniya), «ECOWATER» (ABŞ), «HONEYWELL» (ABŞ), «KINETICO» (ABŞ), «EUROTECH» (Türkiyə).
Sutəmizləmə sistemlərinin dizayn və qurulmasında müasir yanaşmaların tətbiqi, etibarlı komponentlərin istifadə olunması, yüksək ixtisaslı kadrların fəaliyyəti həm fərdi istehlakçılara (mənzillər, bağ evləri və s.), həm də korporativ müştərilərə (kənd təsərrüfatı, tibb müəssisələri, istehsal sahələri və s.) təmiz su təminatı ilə bağlı yaranan istənilən məsələni həll etməyə zəmanət verir. Su filtrlərinin çeşidli olması müştəriyə onun üçün uyğun olan bir modeli seçməsinə imkan yaradır. Siz evlər, mənzillər, kotteclər, ofislər, banklar, biznes mərkəzləri, mehmanxanalar, internat evləri, istirahət evləri, əyləncə obyektləri, restoranlar, kafe, barlar, tibb məntəqələri və yaşayış kompleksləri üçün müxtəlif həcmli su filtri seçə bilərsiniz. "AZFILTER" şirkəti bütün təchiz edilmiş avadanlıqlar üçün keyfiyyət sertifikatlarına malikdir, yəni müştərilərinə yalnız keyfiyyətli və zəmanətli su filtrasiya sistemləri təklif edir.