T.: (+99412) 437-90-37/57

  • Az
  • En
  • Ru


Şirkət haqqında

"AZFILTER" şirkəti 2009-cu ildən fəaliyyətə başlamışdır. Bu Bakıda bilavasitə su təmizləmə sistemləriylə məşğul olan ilk sərgi salon-mağazasıdır. Filtrlərin geniş çeşidi burada büdcədən asılı olmayaraq suyun təmizlənməsi üçün sistemi seçməyə imkan yaradır. "Akvafor" (Estoniya), "Brita" (Almaniya), "Kinetico" (ABŞ), "PWG" Pollet Water Group (Belçika), "Cintropur" (Belçika), "Ecowater" (ABŞ), "AMG" (İtaliya), "Eurotech" (Türkiyə) kimi dünyaca məşhur şirkətlərin rəsmi nümayəndəsi olaraq, "AZFILTER" şirkəti su təmizlənməsi ilə əlaqədar Azərbaycanın bütün ərazilərində tam çeşidli xidmətləri təklif edir:

• Su təmizləmə sistemlərinin planlaşdırılması

• Su təmizləmə sistemlərinin quraşdırılmasından əvvəl və sonra genişləndirilmiş və sürətli təhlili

• Quraşdırma, quraşdırma işlərinin gedişatına nəzarət və tənzimləmə işləri.

• Su təmizləyən avadanlığın zəmanət və zəmanətdən sonrakı təmiri.

• Lahiyələşdirmə işləri.

• Su təmizləyici qurğuların əlavə avadanlıqla tamamlanması.

• Su təmizləyici avadanlığın təmirinə smetaların tərtib edilməsi.

• Su təmizləmə sistemlərinin müasirləşdirilməsi və hərtərəfli xidmət müqavilələri.

• Su təmizləmə sistemlərinin istismar müddəti ərzində ehtiyat hissələrinin çatdırılması.

• Planlaşdırılmış texniki xidmət.

• İnformasiya dəstəyi.

 

Su təmizləmə sistemlərinin planlaşdırılmasında və quraşdırılmasında müasir yanaşmaların tətbiqi, etibarlı komponentlərdən istifadə və s. kimi xidmətlərlə ixtisaslaşdırılmış heyətimiz həm fərdi istehlakçılarımıza (mənzillərin su təminatı, şəhərkənarı ev və s.), həm də korporativ müştərilərimizə (qəsəbə, klinika, müəssisə) arzuladıqları xüsusiyyətlərlə yüksək keyfiyyətli su təminatı ilə bağlı istənilən məsələlərin həllinə zəmanət verir.

Qeyd etmək lazımdır ki, "AZFILTER" şirkətinin təqdim etdiyi bütün avadanlıqlarının keyfiyyət sertifikatları mövcuddur və bu da o deməkdir ki, şirkət öz müştərilərinə yalnız keyfiyyətli filter sistemləri təklif edir.