Su filtrlərinin əhəmiyyəti

Dünyanı cənginə almış COVID-19 pandemiyası bəşəriyyətin həyat tərzinə ciddi təsir göstərdi. Sağlamlıq, şəxsi gigiyena, ön tibbi tədbirlər hər kəsin başlıca yaşam prinsipinə çevrilib.

2020-ci ildə elan edilən ümumdünya karantin tədbirlərinin başlamasından bir ildən artıq vaxt ötür və o, bu gün də davam edir. Öncə heç rastaşmadığımız və ya istifadə etmədiyimiz bir sıra amillər günümüzdə yeni normaları müəyyənləşdirir.

Karantin dövrünə xas həyati faktorlar artıq yaşadığımız cəmiyyət tərəfindən adi, standart davranış formaları kimi qarşılana bilir. Bunlara ictimai nəqliyyatda tibbi maska taxmaq, daxil olduğun məkanlarda tibbi gigiyenik vasitələr ilə təmin olunmaq kimi bir çox kodekslər daxildir.

Bu minvalda havadan dezinfeksiya tədbirləri vasitəsilə qorunduğumuz kimi, digər zəruri həyat ünsürü olan sudan da daha sağlam istifadə günbəgün aktuallaşır. Gün ərzində mütləq istifadə edilən suyun ideal təmizlənmə forması isə filtrasiyadır.

İçməli su tələbatını formalaşdırmaq üçün istifadə edilən sutəmizləmə sistemləri mənzilə daxil olan xətt suyunu daha etibarlı şəkilə salaraq sağlamlığı daha güvənli edir.

Ardı var...