T.: (+99412) 437-90-37/57

  • Az
  • En
  • Ru


Ultraviolet lampa

ULTRABƏNÖVŞƏYİ STERİLİZATOR

Sistemin təyinatı

Ultrabənövşəyi sterilizator məişət və sənaye şəraitində viruslardan və bakteriyalardan suyun dezinfeksiyası üçün nəzərdə tutulmuşdur.

Tətbiq

Civə-kvars lampasıyla buraxılan 254 nanometr (qısadalğalı ultrabənövşəyi) dalğa uzunluğuyla ultrabənövşəyi şüalar, bütün mikroorqanizmlərin növlərinə və genetik səviyyədə onların həyat fəaliyyətinə və artımına mane olaraq dezoksiribinuklein turşusunda dəyişikliklərə səbəb olur. Bu yalnız bakteriyaların vegetativ formalarına aid deyil, həm də spor yaradanlara da aiddir. Öncədən təmizlənmiş su dezinfeksiyaya məruz qalır.

Sisteminin instalyasiyası

Ultrabənövşəyi sterilizator bilavasitə suyun yenidən yoluxmasının qarşısını almaq üçün istehlak xəttində olan avtoklavdan, su sayğacından, filtrdən və s. sonra quraşdırılır. Membranlı və ya kömür filtrindən sonra ultrabənövşəyi sterilizatordan istifadə etmək tövsiyə edilir.

Ultrabənövşəyi sterilizator istənilən vəziyyətdə quraşdırılmış ola bilər, yalnız suyun giriş-çıxış uyğunluğuna riayət etmək lazımdır. Ultrabənövşəyi sterilizator istənilən digər bir tətbiqə hesablanmayıb. Ultrabənövşəyi lampanı qısa müddətli söndürməyin (10 gündən az).Ultrabənövşəyi sterilizatorda suyun donmasına imkan verməyin.

Avropa təhlükəsizlik normaları ultrabənövşəyi sterilizatorun torpağa birləşdirilməsini (enməsini) nəzərdə tutur. Ultrabənövşəyi lampanın şüaları dəri və gözlərin ağır yanıqlarını səbəb ola bilər, buna görə də, qoruyucu futlyarsız ultrabənövşəyi lampadan istifadə etməyin.

Texniki xarakteristikalar

Korpusun materialı

paslanmayan dəmir 316

Su üzrə maksimal istehsal

4000-120000 l/saat

Maksimal əməliyyat təzyiqi

8 bаr.

Əməliyyat temperaturunun rejimi

2 - 40 С

Enerji təchizatı

220 В, 50 Hz

İstehlak gücü

12-1200 Vt

Lampaların sayı

1-20 ədəd

Lampanın xidmət müddəti

9000 saat

Ultrabənövşəyi lampanın xidmət müddəti zamanı korpus divarında doza şüaları

30 MJ/sm(2)

Birləşdirici naxışlar

1/2" - 4" xarici.