UV Sterilizasiya

Brand: Eurotech (Turkey)

Ultrabənövşəyi sterilizator məişət və sənaye şəraitində suyun virusdan və bakteriyadan dezinfeksiya edilməsi üçün nəzərdə tutulmuşdur.

Civə-kvars lampası ilə yayılan 254 nanometr uzunluğuna malik ultrabənövşəyi şüalar hər cür mikroorqanizmlərin DNT-də dəyişikliklərə səbəb olur ki, bu da onların genetik səviyyədə fəaliyyət və törəmələrinə maneə yaradır. Bu, yalnız bakteriyaların vegetativ formalarına deyil, digər növlərinə də aiddir. Qismən təmizlənmiş su zərərsizləşdirilir.

 

Sistemin quraşdırılması

Suyun yenidən çirklənməsinin qarşısını almaq üçün UV sterilizator su sayğacından, filtrdən və s. sonra istehlak xəttinə birbaşa quraşdırılır. Ultrabənövşəyi sterilizatoru membran və ya karbon filtrdən sonra istifadə etmək məsləhət görülür. UV sterilizator hər hansı bir mövqedə quraşdırıla bilər, yalnız giriş və çıxış hissələrinin uyğunluğuna diqqət etmək lazımdır. Ultrabənövşəyi sterilizatorun istifadəsi digər bir iş üçün nəzərdə tutulmamışdır. UV lampasını 10 gündən az bir müddət ərzində istifadə etmədiyiniz təqdirdə, onu söndürməyin. UV sterilizatorda suyun donmasına icazə verməyin. Avropa təhlükəsizlik standartları UV sterilizatorunun etibarlı olmasını tələb edir. UV lampa şüaları ciddi dəri və göz yanığına səbəb ola bilər, buna görə  UV lampasını qoruyucusuz istifadə etməyin.