Crystal Eko H PRO filtri çirkli sularda olan qarışıq maddələrdən suyu təmizləyir. Crystal Eko H PRO filtrinin kartrici suyun sərtliyini azaldır və çaydanda ərpin yaranmasının qarşısını alır. Filtrasiya sürəti dəqiqədə 2,5 l təşkil edir: 10 saniyə ərzində bir stəkan təmiz su əldə edə bilərsiniz. Crystal Eko H PRO filtri karbon bloku texnologiyasına əsasən hazırlanmış 3 dəyişdirilə bilən modulun birləşdiyi kollektordan ibarətdir.
Birinci K3 modul - suyun ilkin təmizlənməsi üçün nəzərdə tutulmuşdur (aktiv xlor, ağır metallar və üzvi maddələrdən təmizləyir; filtrin yüksək su keçirmə qabiliyyəti və məsamələrin labirint şəklində olması suyu 10 mikrona qədər ölçülü çirklərdən təmizləyir, o cümlədən dəmir hidroksiddən xilas edir).
İkinci modul KH - suyun yumşalması üçün nəzərdə tutulmuşdur. Tərkibində ion mübadiləsi qətranı var. Asanlıqla evdə yerləşdirilə bilər.
Üçüncü modul K7B - içməli suyun son təmizlənməsi və kondisionerləşdirilməsi üçün nəzərdə tutulmuşdur (aktiv xlor, ağır metallar və üzvi maddələr də daxil olmaqla zərərli çirkləri tamamilə aradan qaldırır, effektiv olaraq 0.2 mikrona qədər həll edilməyən çirkləri təmizləyir)