Texniki dəstək əməkdaşlığın istənilən mərhələsində həyata keçirilir:
- Mühəndis tərəfindən məkanın yoxlanılması və quraşdırma mürəkkəbliyinin ilkin qiymətləndirilməsi;
- Anbardakı filtrlərin sınaqdan keçirilməsi və hazırlanması;
- Filtrlərin mümkün olan qədər qısa müddət ərzində müştəriyə uyğun bir yerə çatdırılması və quraşdırılması;
- Quraşdırılmış sistemlərin planlı şəkildə yoxlanılması;
- Pulsuz telefon məsləhətləri, zəruri hallarda quraşdırılmış sistemlərin öz yerində yoxlanılması.
Biz:
- Təcrübəli və təsdiq edilmiş kadrlarımızı sizə təqdim edirik;
- Su təmizləmə sistemini bizdən əldə edən hər bir müştərimizi məlumat bazasına daxil edirik;
- Filtrlərin yoxlanılmasını həyata keçiririk;
- Quraşdırılmış sistemin növündən asılı olaraq, filtrlərin dəyişdirilməsini xatırladırıq;
- Sistemin dəyişdirilmə vaxtını təyin edirik;
- Zəmanətdən sonrakı xidmətimizi həyata keçiririk;
- Xidmət müqaviləsi bağlandığı halda, digər istehsalçıların filter sistemlərini təmir edirik.