AZFILTER GROUP – 15 ildən artıq təcrübəyə malik, Azərbaycanda su təmizləmə sahəsində aparıcı şirkətdir. Bizim missiyamız hər bir ailəni və müəssisəni sağlam, təhlükəsiz və dadlı su ilə təmin etməkdir. Müştərilərimizə yalnız məhsul deyil, həm də peşəkar su təmizləmə həlləri təqdim edirik – satışdan başlayaraq çatdırılma, peşəkar quraşdırma, sazlama və uzunmüddətli texniki dəstəyə qədər bütün prosesdə tam dəstək oluruq.
Şirkətimiz dünyanın qabaqcıl istehsalçılarının rəsmi təmsilçisidir. Bizim tərəfdaşlarımızın arasında AQUAPHOR (Estoniya), AQUAFİLTER (Polşa), AYDINLAR (Türkiyə), CİNTROPUR (Belçika), CLACK (ABŞ), CANATURE (Çin), ECOWATER (ABŞ), GRAF (Almaniya), İDROSAL (İtaliya), MOZYRSALT (Belarusiya), OLTREMARE (İtaliya), PENTAİR (ABŞ), PROMİNENT (Almaniya), PUROLITE (ABŞ), PWG (Belçika), SEKO (İtaliya), USTM (Polşa), ICMA (İtaliya) kimi tanınmış brendlər yer alır. Mənzil, həyət və bağ evlərindən başlayaraq ofis, restoran, otel, tibbi müəssisə və sənaye obyektlərinə qədər geniş sahələrdə peşəkar su təmizləmə həlləri təqdim edirik. İçməli, quyu və artezian sularının təmizlənməsi, çirkab sularının aradan qaldırılması və dəniz suyunun duzsuzlaşdırılması üzrə tətbiq olunan texnologiyalarımız keyfiyyət və etibarlılığı ilə fərqlənir.
AZFILTER GROUP hər zaman müştəriyə yönümlü yanaşması, rəsmi zəmanəti və yüksək xidmət standartları ilə seçilir. Peşəkar mühəndislərimiz keyfiyyətli şəkildə su təmizləmə avadanlıqlarının quraşdırılmasına və layihənləndirilməsinə zəmanət verir. Zəmanət müddəti ərzində və zəmanət sonrası planlaşdırılmış texniki xidmət tərəfimizdən nəzarətdə saxlanır. Məqsədimiz sadəcə məhsul satmaq deyil, uzunmüddətli əməkdaşlıq qurmaq və hər kəsin həyatına təmiz su gətirməkdir.