Aquaphor Crystal Osmo suyu effektiv şəkildə yumşaldır və əks osmos sistemləri arasında ən yüksək filtrasiya qabiliyyətinə malikdir. Akvalen kömür modulları ilə birgə yaranmış bir membran effektiv çəkildə suyu xlor, ağır metallar, pas, nitratlar, pestisidlər kimi 0.0005 mikrona qədər təhlükəli çirklərdən azad edir.
Aquaphor Crystal Osmo filtrinin üstünlükləri:
bu filtr vasitəsilə təmizlənmiş su uşaqlar üçün də tövsiyə olunur
Aquaphor Crystal Osmo kartriclərinin dəyişdirilməsi çox sadədir
filtrasiya sistemi 5 litrlik baka və kondisionerləşdirmə blokuna malikdir
Aquaphor K5 (mexaniki təmizləmə) suda olan daha böyük ünsürlər, habelə suda həll olmayan kiçik parçaları, pası təmizləmək üçün nəzərdə tutulmuşdur. Digər dərin təmizləmə modullarını qoruyaraq onların işləmə müddətini uzadır və bununla da filtrasiya xərcləri azalır. Kirlənmə səviyyəsi yüksək həddə olan qumlu, paslı, mexaniki çirkli sular üçün tövsiyə olunur.
Aquaphor K2 (kömürlü təmizləmə) filtri CarbFiber Block texnologiyası ilə hazırlanmışdır. Bu dəyişən filtrdə bölünmüş aktivləşdirilmiş hindistan qozu qabığından istifadə edilmişdir. Onun sıx strukturu suyun tərkibində olan xlorat, aktiv xlor və 3 mikrona qədər olan hissəciklər təmizləyir. Modifikasiya edilmiş ion dəyişən Aqualen lifləri suyu ağır metallardan dərindən təmizləyir. Aquaphor K2 həmçinin aktiv gümüş ionları ilə də zənginləşmidir.
Aquaphor K7M (mineral) filtri əks osmos tipli içməli su filtrləri üçün hazırlanmış minerallaşdırıcı və post karbon qarışımlı bir filtrdi. Hər iki sonluq mərhələsini özündə birləşdirən Aquaphor K7M filtri əvvəlcə sudakı acılığı və ağırlığı götürür ardınca isə kalsium, maqnezium kimi faydalı minerallarla suyu zənginləşdirir.
Aquaphor RO-100S (membran) suyu dərindən təmizlənməsi və yumşaldılması üçün nəzərdə tutulmuş Aquaphor Osmo PRO100E, Osmo-Crystal və DWM-101S,102S,202S seriyalı Əks Osmos sistemlərinə istifadə olunan membrandır. Membran gündə 375 litrə qədər suyu təmizləyir.
Təzyiq altında membrandan yalnız su molekulları keçə bilir. Bakteriyalar, viruslar, nitritlər, nitratlar, antibiotik qalıqları, eləcə də sərtlik duzları daxil olmaqla istənilən çirklər membrandan keçərək drenaja axıdılır. Bakteriyalar və viruslar membranın məsamələrindən keçə bilməz və digər çirkləndiricilərlə birlikdə drenaja daxil ola bilməz. Suyu qaynamadan içmək olar. Təmiz çaydan, ləzzətli yeməklər və içkilər - bütün bunlar orta minerallaşan suyun sayəsindədir. Membran tamamilə ərp yaranmasının qarşısını alır və suyun üzərində ağ örtük yaranmır.