06.10.2025

Coffee People 2.0

Azfilter Coffee People Festivalında: Təmiz Su, Əsl Dad

   1 oktyabr tarixində Passage 1901 məkanında keçirilən Coffee People Festivalı bu il də qəhvə sevərləri bir araya topladı. Festival boyu ziyarətçilər müxtəlif qəhvə növlərini dadıb, barista yarışlarını izlədilər və qəhvə mədəniyyətini daha yaxından tanıdılar.
   Bu il tədbir bizim üçün daha da xüsusi idi, çünki Azfilter olaraq festivalın rəsmi su sponsoru kimi iştirak etdik. Bütün qəhvə yarışlarında və təqdimatlarda istifadə olunan təmiz su bizim əks sistemlərimiz vasitəsilə əldə olunurdu.

Qəhvənin əsl dadı təmiz sudan başladı

   Festivalda bir daha sübut olundu ki, qəhvənin ləzzətini müəyyən edən təkcə dənənin keyfiyyəti deyil – suyun təmizliyi və tərkibi də həlledici rol oynayır. Təmiz su ilə dəmlənən qəhvə həm daha yumşaq, həm də ətirli olur. Məhz bu fərqi hər bir ziyarətçi Azfilter stendində hiss edə bildi.

Azfilter stendində nələr baş verdi

   Ziyarətçilər stendimizdə su filtrasiyası texnologiyaları ilə tanış oldular, mütəxəssislərimizdən peşəkar məsləhətlər və texniki izahlar aldılar. 
   Bizim üçün ən böyük uğur – təmiz suyun qəhvəyə gətirdiyi fərqi insanlara göstərmək idi. Ziyarətçilərdən gələn rəylər bunu bir daha təsdiqlədi: “Təmiz su ilə hazırlanan qəhvənin dadı tam fərqli idi.”

Festivaldan qalan təəssürat

   Coffee People Festivalı həm bizim üçün, həm də qonaqlar üçün yadda qalan təcrübə oldu. Biz bir daha göstərdik ki, təmiz su – hər fincan qəhvənin əsas sirridir. Azfilter olaraq bundan sonra da qəhvə mədəniyyətinə təmiz su ilə dəyər qatmağa davam edəcəyik.