Grand-Agro Invitro

   İstixanalarda suyun keyfiyyəti bitkilərin sağlam inkişafı və məhsuldarlığın sabitliyi üçün əsas amillərdən biridir. Suyun tərkibindəki sərtlik duzları, xlor və digər qarışıqlar torpağın strukturuna təsir göstərə və suvarma sistemlərinin işini çətinləşdirə bilər. Filtrasiya sistemi suyun balansını qoruyaraq bitkilərin qida maddələrini daha effektiv mənimsəməsinə şərait yaradır. Təmiz və nəzarət olunan su istixanada həm məhsulun keyfiyyətini artırır, həm də avadanlıqların uzunömürlü işləməsini təmin edir.

Quraşdırılan avadanlıqlar:

Avtomatik mexaniki təmizləmə: FRP Tank Q 36x72 (Türkiyə) — sudakı qum, pas və bərk hissəciklərin təmizlənməsi.

Avtomatik kömürlü təmizləmə:  FRP Tank Q 36x72 (Türkiyə) — xlor, üzvi qarışıqlar, xoşagəlməz dad və qoxunun aradan qaldırılması.

Əks osmos sistemi: Aquaphor APRO 6000 (Estoniya) — suyun molekulyar səviyyədə təmizlənməsi və sabit keyfiyyətin təmin edilməsi.

Məhsuldarlıq: 6 m³/saat