Xazar Daniz Service

   Sənaye çirkab sularının təmizlənməsi istehsal proseslərinin təhlükəsiz və ekoloji standartlara uyğun aparılması üçün vacibdir. Mexaniki və kömürlü filtrasiyası sudakı bərk hissəcikləri, çöküntünü və üzvi qarışıqları azaldır, balon tipli filtrlər isə davamlı və sabit filtrasiya təmin edir. Əks osmos sistemi isə həll olunmuş duzları və digər zərərli maddələri minimuma endirərək yüksək səviyyədə təmizlənmiş su əldə olunmasına imkan yaradır.

Quraşdırılan avadanlıqlar:

Avtomatik mexaniki təmizləmə: CLACK WS1.5 BTZ-05, PWG Tank 24x72 (Belçika) — sudakı qum, pas və bərk hissəciklərin təmizlənməsi.

Avtomatik kömürlü təmizləmə: CLACK WS1.5 BTZ-05, PWG Tank 24x72 (Belçika) — xlor, üzvi qarışıqlar, xoşagəlməz dad və qoxunun aradan qaldırılması.

Əks osmos sistemi: Gama 380 (Türkiyə) — suyun molekulyar səviyyədə təmizlənməsi və sabit keyfiyyətin təmin edilməsi.

Məhsuldarlıq: 2 m³/saat