29.12.2025

Qış Balansı

Qışda su içmək yaydan daha vacibdir

 Bir çoxları düşünür ki, qışda orqanizmə yaydakı kimi çox su lazım deyil. Amma əslində soyuq mövsümdə susuzluq daha çox olur — sadəcə biz bunu hiss etmirik. Nəticədə yorğunluq, quru dəri, zəifləmiş immunitet və ümumi halsızlıq yaranır.

1. İstilik cihazları havanı və selikli qişaları qurudur

   İsidici və radiatorlar havadakı rütubəti azaldır. Nəticədə burun və boğaz selikli qişası quruyur və viruslar orqanizmə asanlıqla daxil olur. Bu xüsusilə uşaqlarda müşahidə olunur, amma böyüklər də bu quruluqdan əziyyət çəkir.

Nə etməli:
   Kifayət qədər təmiz su için və evdə havanın rütubətini qoruyun. Bu, orqanizmin xəstəliklərə qarşı təbii müdafiəsini gücləndirir.

2. İsti içkilər susuzluğu aldadır

   Qışda biz daha çox isti, şirin çay, qəhvə və ya spirtli içkilərə üstünlük veririk. Amma bu içkilər suyu bədəndən çıxarır, susuzluğu isə aradan qaldırmır.

Nə etməli:
   İsti su için. Limon, bal və ya zəncəfil əlavə edin — həm dadlı, həm də immunitet üçün faydalıdır.

3. Temperatur dəyişkənliyi orqanizmə stress yaradır

   Çöldə soyuq, içəridə isti — bədən daim uyğunlaşmağa çalışır və bunun üçün enerji və maye sərf edir. Ən birinci dəri və selikli qişalar zərər görür.

Nə etməli:
   Çölə çıxmazdan əvvəl və evə qayıtdıqda bir stəkan isti su və ya şəkərsiz bitki çayı için. Termosda isti su daşımaq faydalıdır — həm isinərsiniz, həm də bədən maye balansını qoruyar.

4. Soyuq hava iştahanı artırır

   Qışda daha çox yağlı və kalorili yeməklər istəyirik. Orqanizm istilik üçün “yanacaq” tələb edir, amma bunun nəticəsində artıq çəki yaranır.

Nə etməli:
   Yeməkdən 1–1,5 saat sonra su için — bu, toksinləri çıxarır və mübadilə prosesini sürətləndirir. Şirin içkiləri su ilə əvəz etsəniz, gündə təxminən 400 kkal az qəbul edərsiniz — bu isə 9 günə yarım kilo arıqlamaq deməkdir!

Nəticə: Qışda su içmək sağlamlıq, enerji və immunitet üçün vacibdir.
   Təmiz və faydalı su içmək üçün Azfilter filtrasiyası sistemlərini seçin — Avropa keyfiyyəti, peşəkar quraşdırma və il boyu sağlamlığınıza qayğı.
Qışda su içmək yaydan daha vacibdir